Turun Qiyməti - 0 $

Şəhərin səs-küyündən uzaqda Naftalanın sakit və müalicəvi atmosferinə dəvətlisiniz!

Naftalan həm tarixi, həm də mədəni zənginliyi ilə diqqət çəkən ən gözəl bölgələrimizdəndir. Təbii gözəllikləri, müalicə mərkəzləri və maraqlı atmosferi ilə bu bölgə hər yaşdan insanları özünə cəlb edir. Naftalan turunda həm istirahət edəcək, həm də Naftalanın məşhur sanatoriyalarında müalicə prosedurlarından faydalana biləcəksiniz.

Rahat, lüks nəqliyyat vasitələrimizlə səyahət edərək, təcrübəli bələdçilərimizin müşayiəti ilə bu bölgənin imkanlarından yararlanmağa sizi dəvət edirik! Fiziki və psixoloji dincəlmək istəyirsinizsə, Naftalan turu sizin üçün ideal seçimdir.

Palçıq terapiyası, isti neft vannaları və rahatladıcı spa prosedurları... Burada gücünüzü və sağlamlığınızı bərpa etmək üçün hər şeyi tapacaqsınız!

  • VIP transfer
  • Beşulduzlu otel
  • Tibbi müayinə (Check-up)
  • Həkim konsultasiyası
  • Müalicə (Naftalanda neft vannaları)
  • 4 fərqli fizioterapiya seansı
  • Gündə üç dəfə açıq bufet yeməyi
  • Canlı musiqi və əyləncə proqramları
  • 10 müxtəlif müalicəvi masaj

Naftalan turuna dostlarınız, ailəniz və ya tək başına qoşula bilərsiniz.

Ətraflı məlumat və qeydiyyat üçün bizimlə əlaqə saxlayın!